4-16 noyabr tarixləri arasında Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı başa çatmaq üzrədir.
Korner.az-ın məlumatına görə, artıq çəkisi yuxarı olan idmançılar medallar uğrunda mübarizəyə qoşulub.
Qadınların yarışında 75 kq çəki dərəcəsində “Zirvə” İdman klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational
Sport Clubs”-ın nümayəndəsi də var. “Kişinyov-Zirvə” İdman Klubunun üzvü Natalya Prişepa körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 111 kq nəticə göstərib. Bu, onun bu hərəkətdəki şəxsi rekordundan 9, “Zirve İSC”-nin dünya çempionatında göstərdiyi nəticədən 3 kq çoxdur. Təkanla qaldırma hərəkətində öz rekordunu təkrarlayan Prişepa 127 kq-ın öhdəsindən gəlib. Maraqlıdır ki, Nataliya klubunun avqustdakı dünya çempionatında qızıl medal qazanmış, təkanda 131 kq-ı qaldırmışdı.
Toplamda 238 kq (111+127) nəticə göstərən Prişepa bu çəkidə 9-cu yeri tutub.
