Çempionlar
Liqası III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” – “Şerif” ilə qarşılaşıb.
Tofiq
Bəhramov adına Respublika stadionunda keçirilən matçda qapılara qol vurulmayıb.
Oyundan
sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
oyun haqda fikirlərini bildirib:
“Çətin
oyun oldu. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Gözlədiyimiz oyun oldu. Bu
matçla gördük ki, burada zəif komanda yoxdu. Alınmadı. Ancaq komandadan razı
qaldım. Mübarizə apardılar. Səhvlərimiz oldu. Bu da normaldı. Bu hesab da pis nəticə
deyil. Evdə qol buraxmadıq. Cavab oyununa daha yaxşı hazırlaşacağıq. Nəticəyə
görə üzülmədim. Azarkeşlər bu qolu gözləyirdi, onları istəyinə çatdıra bilmədiyimə
görə üzülürəm”
İtaliyalı
mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– İlk
hissədə cinahlardan heç bir hücum alınmadı…
– Bu komanda fərqli sistemdə oynayır. Bu gün də bunun şahidi olduq. İlk hissə
komanda daha hazırlıqlı olur. İkinci isə sistemi qoruyub saxlamaq çətin olur
deyə bir az fərqləndi. Yaxşı hazırlaşdıq. Səfərdə daha fərqli tərzdə
oynayacaqlarını düşünürəm. Futbol belədi, 60 dəqiqə heç nə alınmır sonda
alınır. Müdafiədə səhvlərdən uzaq olan komandadı. Onlar istədiyini edə bildilər.
Yakubun zədəsi barədə yəqin ki, ciddi bir şey yoxdu. Sabah həkimlər bu barədə
bizə açıqlama edəcəklər.
– “Qarabağ”
daha güclü komandadı. Funksional olaraq komanda hazır deyil. Qısa müddət var, bu
müddət ərzində hazırlıqda nəsə dəyişməyi düşünürsüzmü?
– Öz proqramım üzrə işləyəcəyik. Bəzi futbolçulara görə əlavə proqram olacaq.
Hansı futbolçuda funksionallıq aşağıdısa, onunla da xüsusi məşğul olacağıq. Bəzi
çatışmazlıqlar var. Oyundan-oyuna bunu da düzəldəcəyik.
–
Yoxlama oyunlarına belə ciddi yanaşırsız. “Qarabağ” Avstriyada yoxlama
oyunlarda qələbə qazana bilmədi. Bu gün də “Qarabağ”ı ayrı görürük. Bu nə ilə
bağlıdı?
– Burada əlaqəli bir şey yoxdu. İkinci
hissədə biz daha güclü oynadıq, rəqib nadir hallarda hücuma keçirdi. Bəzi
oyunçuların hazırlığı aşağıdı. Hazırlıq səviyyəsini yuxarı qaldırmaq üçün
yoldaşlıq görüşlərinin faydası oldu. Bunlar bizdə aslı deyil. Biz tam heyətlə
düşərgələrə qoşulmamışıq deyə, hamının hazırlığı eyni səviyyədə deyil. Narahat
olası bir şey yoxdu. Vaxtımız var, daha yaxşı komanda ortaya qoya bilərik.
