“Napoli”nin yeni hədəfi: Meyson Qrinvud
01.12.2025 , 15:30
A Seriyası təmsilçisi “Napoli” yay transfer dönəmi üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ko, bunun üçün əsas namizədlərdən biri kimi “Marsel”də çıxış edən Meyson Qrinvud göstərilir.
Klub ingiltərəli forvard üçün yaxın aylarda rəsmi təklif göndərməyə hazırlaşır.
Baş məşqçi Antonio Konte Qrinvudun texniki bacarıqlarını və çevik oyun tərzini yüksək dəyərləndirir. Məhz buna görə də o, hücum xəttində komandanın vacib fiqurlarından biri kimi nəzərdə tutulur.
Qrinvudla bağlı transfer yarışında “Barselona” və Madrid “Atletiko”su kimi nəhəng klubların da adı hallanır. Gənc futbolçu cari mövsümdə “Marsel”də sərgilədiyi performansla – 11 qol və 4 məhsuldar ötürmə – Avropanın diqqətini üzərinə çəkib.