“Napoli”nin futbolçusunda koronavirus aşkarlandı
18.11.2020 , 18:01

“Napoli”nin və Albaniya yığmasının futbolçusu Elseid Husay koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Futbolçunun verdiyi koronavirus testinin nəticəsi müsbət olub.
