“Napoli”nin futbolçusu komanda yoldaşı ilə etdiyi iddiadan danışdı
02.05.2023 , 23:12

“Napoli”nin futbolçusu Elif Elmas maraqlı açıqlaması ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, o, İtaliya mətbuatına “Yuventus”la oyundan öncə komanda yoldaşı Cakomo Raspadori ilə etdiyi iddiadan danışıb.
Matçdan əvvəl 23 yaşlı italyan futbolçuya köməklik edəcəyini qeyd edən makedoniyalı futbolçu 500 avro mərc etdiklərini bildirib.
90+3-də Cakomo Raspadori nin vurduğu qola kömək edən Elif Elmas mərcdə qalib gəlsə də, hələ də ödənişini ala bilmədiyini yumoristik dillə deyib.
