“Napoli”nin cənubi koreyalı futbolçusu ilə bağlı yeni iddia
17.05.2023 , 20:14
Mövsümün sonunda “Napoli”dən ayrılacağı gözlənilən Kim Min Cenin “Mançester Yunayted”ə keçməsi xarici mərbuatda səs-səda yaradıb.
Korner.az xəbər verir ki, futbolçunun ölkəsinin mətbuatı onun “qırmızı-şeytanlar”a keçməsini təkzib edib.
Yayılan xəbərə görə, 26 yaşlı müdafiəçinin başqa komanda ilə razılığa gəldiyi bildirilir. Ona ödəniləcək məbləğin 52 milyon funt sterlinq olacağı bildirilir.