“Napoli”nin azarkeşləri ulduz futbolçunun şortikini çıxartdı – FOTO
05.05.2023 , 12:49
İtaliya A Seriyasının 33-cü turunda “Udineze” ilə 1:1 hesablı heç-heçə edən “Napoli” çempionatın bitməsinə 5 tur qalmış çempionluğunu elan edib.
Korner.az xəbər verir ki, oyundan sonra qəribə hadisə yaşanıb.
33 il sonra çempionluğa qovuşaraq sərxoş olan “Napoli” azarkeşləri ulduz futbolçu Zielinskinin şortikini çıxarıb.
Bundan sonra futbolçu tez azarkeşlərin yanından uzaqlaşmağa çalışıb. Həmin anlar sosial şəbəkədə böyük marağa səbəb olub.