“Napoli”dən xal itkisi, “İnter”dən çətin qələbə
18.02.2019 , 10:40

İtaliya A Seriyasının 24-cü turunda daha 6 oyun keçirilib. “Fiorentina” SPAL, “Empoli” “Sassuolo” üzərində böyükhesablı qələbə qazanıb. Bundan başqa, “Cenoa” “Latsio”nu, “Udineze” “Kyevo”nu, “İnter” isə “Sampdoriya”nı məğlub edib. Günün son oyununda isə “Napoli” “Torino”nun qonağı olub. Neapollular 90 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyib – 0:0.
Tura sabah keçiriləcək “Roma” – “Bolonya” oyunu ilə yekun vurulacaq.
İtaliya A Seriyası, 24-cü tur
17 fevral
SPAL – “Fiorentina” – 1:4
Qollar: A. Petanya, 36 (1:0), E. Fernandes, 44 (1:1), C. Veretut, 79-pen. (1:2), C. Simeone, 80 (1:3), Gerson, 88 (1:4)
“Empoli” – “Sassuolo” – 3:0
Qollar: R. Kruniç, 34 (1:0), A. Akua, 37 (2:0), D. Farias, 60 (3:0)
“Cenoa” – “Latsio” – 2:1
Qollar: M. Badely, 44 (0:1), A. Sanabria, 75 (1:1), D. Krişito, 90
“Udineze” – “Kyevo” – 1:0
Qol: L. Teodorşik, 85
“İnter” – “Sampdoriya” – 2:1
Qollar: D. D`Ambrozio, 73 (1:0), M. Qabbiadini, 75 (1:1), R. Naynqqolan, 78 (2:1)
“Napoli” – “Torino” – 0:0
18 fevral
“Roma” – “Bolonya”
