“Napoli”dən növbəti transfer
15.08.2019 , 18:15

“Napoli” klubu növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, neapollular Hollandiyanın PSV klubundan meksikalı İrvinq Losanonu transfer edib. Bu keçid üçün “Napoli” 42 milyon avro ödəyib.
Futbolçu növbəti həftə tibbi müayinədən keçmək üçün İtaliyaya gələcək.
