“Napoli”dən “Mançester Yunayted”ə?
08.06.2023 , 12:03

“Napoli”nin futbolçusu Kim Min Jae yayda “Mançester Yunayted”ə keçə bilər.
Korner.az-ın məlumatına görə, koreyalı futbolçu “qırmızı şeytanlar”ın “radarına” düşüb.
Premyer Liqa nəhəngi 26 yaşlı futbolçu üçün tələb olunan 60 milyon avronu ödəməyə hazırdır.
