“Napoli”dən gedir?
27.05.2024 , 17:55

“Napoli”nin kapitanı Covanni Di Lorenzo yayda klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, 30 yaşlı oyunçunun klub rəhbərliyi ilə münasibətləri pisləşdiyindən komandadan ayrılması gözlənilir.
İtalyan oyunçu ilə “Yuventus” , “İnter” və “Atletiko Madrid” kimi klublar maraqlanır.
Futbolçunun bu 3 klubdan birinə keçəcəyi bildirilir.
Bu mövsüm Covanni Di Lorenzo “Napoli”nin heyətində 46 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
