“Napoli”dən Fransa klubuna
18.07.2024 , 12:15

Viktor Osimhen “Napoli”dən ayrılacaq.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Fransada davam etdirəcək.
Ulduz oyunçunun xidmətində PSJ maraqlıdır. Osimhen özü də Fransa nəhəngində çıxış etmək istəyir.
İtaliya klubu futbolçu üçün 130 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.
