“Napoli”dən ayrılır
22.05.2023 , 15:19
“Napoli”nin futbolçusu Kim Min Cenin klubdan ayrılacağı dəqiqləşib.
Korner.az xəbər verir ki, futbolçunun “Mançester Yunayted”ə keçidi demək olar ki, tamamlanıb.
“The Sun”da çıxan xəbərə görə, müdafiəçinin artıq Mançester şəhərində ev axtardığı bildirilir.
Bu mövsüm 33 oyuna çıxan 24 yaşlı futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.