“Napoli”də yeni müqavilə
07.08.2023 , 10:07

“Napoli”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub müdafiəçisi Covanni Di Lorentso ilə sözləşmənin müddətini uzadıb.
Klubun yaydığı xəbərdə, 29 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.
İtaliyalı futbolçu 2019-cu ildən “Napoli”də oynayır.
