“Napoli”də yeni baş məşqçi üçün alternativ ad
23.05.2023 , 10:54

“Napoli” Luçano Spalettinin istefaya göndəriləcəyi təqdirdə, təyin olunacaq yeni baş məşqçini müəyyən edib.
Korner.az xəbər verir ki, klub prezidenti baş məşqçi alternativləri arasında seçimini Can Pyer Qasperini ilə edib.
“Napoli” 65 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalamağı planlaşdırır.
Qasperiniyə illik 4 milyon avro maaş veriləcəyi bildirilir.
