“Napoli”də itki: Zambo Anqissa zədələndi
12.11.2025 , 17:53
“Napoli” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın əsas yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissa Kamerun millisinin toplanışında məşq zamanı xəsarət alıb.
Futbolçunun əzələsinin dartıldığı bildirilib. Bu üzdən o, yaxın vaxtlarda nə “Napoli”nin, nə də Kamerun yığmasının heyətində oynaya biləcək.
29 yaşlı Anqissa cari mövsümdə A Seriyasında 4 qol vurub və oktyabr ayının ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasında “Qarabağ” klubunun rəqibidir. Kamerunlu futbolçu 2021-ci ildən İtaliya təmsilçisində çıxış edir.