“Napoli” “Yuventus”dan futbolçu transfer edir
03.01.2025 , 15:21
“Napoli” “Yuventus”un müdafiəçisi və kapitanı Danilo Luis da Silvanın transferi ilə bağlı danışıqları yekunlaşdırır.
Korner.az xəbər verir ki, braziliyalı futbolçu “Napoli”nin yanvar ayı üçün əsas transfer hədəfidir.
Turin klubunun direktoru Kristiano Gintoli müdafiəçinin heyətdən çıxarıldığını və yanvarın sonuna kimi komandanı tərk etməli olduğunu təsdiqləyib.