“Napoli” “Yuventus”a “acıq” verdi
18.04.2019 , 20:11

Çempionlar Liqasının 1/4 final mərhələsində “Ayaks” klubuna iki oyunun nəticəsinə görə məğlub olan “Yuventus”a Napoli klubu sataşıb.
Neapollular əzəli rəqibini mübarizədən kənarlaşdıran qolu vuran “Ayaks”lı Matteys De Lixtin formasını o günün tarixiylə birlikdə hazırlayaraq mağazalarında satışa çıxarıb.
Qeyd edək ki, “Yuventus” klubu görüşün 67-ci dəqiqəsində De Lixtin vurduğu qol ilə turnirlə vidalaşmışdı.
