“Napoli” yeni transferini rəsmən açıqladı
29.01.2020 , 18:27

“Napoli” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, Neapol təmsilçisi “İnter”dən Matteo Politanonu icarə əsasında heyətinə cəlb edib.
Yarımmüdafiəçi ilə 2 illik icarə müqaviləsi imzalanıb.
“Napoli” icarə müqaviləsi bitdikdən sonra Politanonun transfer hüquqlarına sahib ola bilər.
