“Napoli” yeni qolkiper transfer edir
19.06.2025 , 21:00

“Napoli” heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, İtaliya klubu “Torino”nun qapıçısı Vanya Milinkoviç-Saviçlə razılığa gəlib.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
A Seriyası təmsilçisi qolkiper üçün 18 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, Vanya Milinkoviç-Saviç 2017-ci ilin yayından “Torino”da forma geyinir.
