“Napoli” Xviça ilə bağlı qərar verdi
01.05.2024 , 21:57

“Napoli” futbolçusu Xviça Kvaratsxeliya ilə müqaviləni uzadacaq.
Korner.az xəbər verir ki, İtaliya klubu ulduz oyunçunun sözləşməsini tez bir zamanda yeniləmək istəyir.
“Napoli”nin gürcüstanlı futbolçu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Futbolçunun meneceri yeni sözləşmə üçün Xviçanın maaşının 5 milyon avroya qədər artırılmasını istəyir.
