“Napoli” Sançesi istəyir
10.07.2024 , 22:58

“Qalatasaray”ın müdafiəçisi Davinson Sançes yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ulduz oyunçu bir müddətdir “Napoli”nin transfer hədəfindədir.
İtaliya klubu kolumbiyalı müdafiəçi üçün 20 milyon avro ödəməyə hazırdır.
Bundan başqa, “Qalatasaray”ın futbolçu üçün 30-35 milyon avro gözləntisi olduğu, ona görə də “Napoli”nin təklifinin qəbul olunması ehtimalının aşağı olduğu bildirilir.
“Napoli”nin rəsmi təklif vermək üçün Amerika Kubokunun bitməsini gözlədiyi iddia edilir.
