“Napoli” qapıçı axtarır: Ospina, ya da Oçoa
08.08.2018 , 13:36

21 yaşlı qolkiper Aleks Meretin zədələnməsi “Napoli”ni çətin vəziyyətə salıb.
Klub qolu sınan Meretin əvəzinə yeni qapıçı axtarışındadır. “Napoli”nin maraq dairəsində “Arsenal”dan David Ospina, “Standard”dan isə Qilermo Oçoa var.
Londonluların öz şərtlərin irəli sürməsi danışıqlarda çətinlik yaradıb. İtaliya klubu kolumbiyalı qolkiperi icarəyə götürmək istəyir. Lakin “Arsenal” tam transfer tələb edir. 29 yaşlı David Ospina London klubundan ayrılmaq niyyətindədir.
