“Napoli” müdafiə xəttini onunla gücləndirir
14.03.2025 , 21:40

“Napoli” müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Neapol təmsilçisi “Empoli”də çıxış edən Luka Marianuççini heyətini cəlb etmək istəyir.
Bu barədə jurnalist Fabrizo Romano məlumat yayıb.
Klublar arasında razılığın əldə olunduğu bildirilir.
“Napoli” italiyalı mərkəz müdafiəçisi üçün 10 milyon avro təzminat ödəməyə hazırdır.
