“Napoli” Mark Kasadonu transfer etmək istəyir
06.11.2025 , 22:00
“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Napoli” ispaniyalı futbolçunun transferində maraqlıdır.
Xəbərdə bildirilir ki, İtaliya klubu 22 yaşlı dayaq yarımmüdafiəçisini yanvar ayında heyətinə qatmağı planlaşdırır və bunun üçün “Barselona”ya 30 milyon avro təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Kasado “Barselona” akademiyasının yetişdirməsidir. O, bu mövsüm Kataloniya klubunun heyətində keçirdiyi 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.