“Napoli” Kvaratsxeliyanı onunla əvəzləyəcək
13.01.2025 , 14:25

“Napoli” “Mançester Yunayted”dən Alexandro Qarnaçonu heyətinə qatmaq istəyir.
Korner.az xəbər verir ki, Neapol təmsilçisi artıq transferlə bağlı futbolçunun agenti ilə əlaqə saxlayıb.
İtaliya mətbuatında çıxan xəbərə görə, Kvaratsxeliya klubdan ayrılarsa, “Napoli” Qarnaço üçün “Mançester Yunayted”ə 50 milyon avro təklif edəcək.
Çünki “Napoli”nin baş məşqçisi Antonio Konte Kvaratsxeliyanı yalnız Qarnaço ilə əvəz etməyi düşünür.
Argentinalı vinger bu mövsüm 29 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mina Musayeva
