“Napoli” kubokla vidalaşdı, “Komo” yarımfinala çıxdı
11.02.2026 , 12:00
İtaliya Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Korner.az xəbər verir ki, 1/4 finalda “Napoli” ilə qarşılaşan “Komo” mərhələ adlayan tərəf olub. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə qalib penaltilər seriyasında müəyyənləşib.
Seriyada daha dəqiq oynayan “Komo” 7:6 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. “Napoli” isə turnirlə vidalaşıb.
İtaliya Kuboku
1/4 final
10 fevral
“Napoli” – “Komo” 1:1
(Penaltilər: 6:7)
Qollar: Verqara, 46 – Baturina, 39 (p)