“Napoli” Kevin De Bruyne ilə vidalaşa bilər
09.01.2026 , 12:15
“Napoli” yayda transfer etdiyi belçikalı yarımmüdafiəçi Kevin De Bruyne ilə yollarını ayırmağı düşünür.
Korner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub futbolçunun performansından tam məmnun deyil və tez-tez zədələnməsi satış qərarında əsas rol oynayır.
Xəbərdə bildirilir ki, “Napoli” yanvar ayında De Bruyneni satışa çıxarmağı planlaşdırır və xüsusən Səudiyyə Ərəbistanından gələcək təklifləri qiymətləndirəcək.
Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm 11 rəsmi oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.