“Sampdoria”nın hücumçusu Manolo Qabbyadini “Napoli” klubuna keçməyə yaxındır.
Neapolluların idman direktoru Rikkardo Biqon futbolçunun agenti ilə artıq prinsipial anlaşma əldə edib. İndi yalnız maliyyə detallarını razılaşdırmaq qalır.
Korner.az Goal.az-a istinadən xəbər verir ki, “Napoli” Qabbyadininin müqavilə ilə məxsus olduğu “Juventus”la futbolçunun transfer hüquqlarının yarısını almaq barədə razılığa gəlib. Klub buna görə 6 milyon avrodan keçməli olacaq.
Daha öncə forvardın transferi üçün 13 milyon avronun tələb olunduğu deyilirdi. Belə olan halda “Sampdoria” italyan oyunçunun transferindən 7, “Juventus” isə 6 milyon avro qazanacaq. Qeyd edək ki, Qabbyadini cari mövsümdə keçirdiyi 10 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
