“Napoli” – “İnter” matçı təxirə salındı
04.03.2020 , 20:24

İtaliya kubokunun yarımfinal mərhələsində keçirilməli olan daha bir oyun təxirə salınıb.
Korner.az xəbər verir ki, sabaha nəzərdə tutulan “Napoli” – “İnter” qarşılaşması ləğv olunub.
Buna ölkədə koronavirus infeksiyasının sürətlə yayılması səbəb olub.
