“Napoli” gənc braziliyalı müdafiəçini heyətinə qatdı
23.01.2026 , 12:22
İtaliyanın “Napoli” klubu transfer bazarında fəallığını davam etdirir.
Korner.az xəbər verir ki, Neapol təmsilçisi A Seriyasında çıxış edən “Verona”nın gənc müdafiəçisi Covani Santananı heyətinə qatıb.
20 yaşlı braziliyalının transferi ilə bağlı tərəflər tam razılığa gəlib. Keçidin maliyyə dəyəri 20 milyon avro olaraq müəyyənləşib.
Cari mövsüm A Seriyasında stabil çıxışı ilə diqqət çəkən Santana 21 qarşılaşmada meydana çıxıb, 3 dəfə fərqlənib və 4 assist edib.