İtaliya A Seriasında mübarizə aparan “Napoli” “Monako”nun futbolçusu Fabinyonu transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, İtaliya təmsilçisinin idman direktoru Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Monako” – “Yuventus” matçını izləmək üçün Fransa gedib və yarımmüdafiəçinin oyunu haqda hesabat verib.
Qeyd edək ki, oyunçu bu mövsüm “Monako” forması ilə 51 oyuna 11 qol vurub 5 məhsuldar ötürmə edib.
