“Napoli” evdə “Roma” ilə heç-heçə etdi – Video
16.02.2026 , 10:30
İtaliya A Seriyasında 25-ci turun oyunları davam edir.
Korner.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində “Napoli” doğma meydanda “Roma”nı qəbul edib.
Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib – 2:2.
Bu nəticədən sonra “Napoli” 25 oyunda 50 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Roma” isə 47 xalla 4-cü yerdədir.