“Napoli” Di Mariyanı istəyir – 3 illik müqavilə
09.07.2018 , 11:08

PSJ-nin yarımmüdafiəçisi Anhel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.
“Napoli” argentinalı futbolçunun xidmətində maraqlıdır. Klub prezidenti Aureliyo De Laurentisin Di Mariyaya 3 illik müqavilə təklif etdiyi iddia olunur. Əgər təcrübəli oyunçu dəvətə “hə” desə, onun illik qazancı 5 milyon avro olacaq. Argentinalının PSJ-dəki gəliri bundan 2 dəfə çox olsa da, onun “Napoli”nin yeni baş məşqçisi Karlo Ançelottiyə görə İtaliya klubuna keçməyə razılıq verəcəyi gözlənilir.
Di Mariyanın PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatacaq
