“Napoli” – çempion!
05.05.2023 , 10:00
İtaliya A Seriyasında çempion məlum olub.
Korner.az xəbər verir ki, 33-cü turda “Napoli” səfərdə “Udineze” ilə 1:1 hesablı heç-heçə edib.
Bununla da komanda 80 xalla sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Komanda buna 33 il sonra nail olub. “Napoli”nin qələbə qolunu isə Viktor Osimhen vurub.