“Napoli” bu futbolçunu transfer edir
08.07.2024 , 12:05

“Napoli”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər ki, İtaliya klubu Dortmund “Borussiya”sından Emre Can üçün hərəkətə keçib.
Bu barədə “Bild” məlumat yayıb.
Yayılan xəbərdə, “Napoli”nin Emre Can üçün danışıqlara başladığı bildirilib.
A Seriyası təmsilçisinin bu transfer üçün 10-15 milyon avro ödəyəcəyi gözlənilir.
Daha əvvəl “Yuventus”da çıxış edən Emre Can 2020-ci ildə “Borussiya”ya keçib.
Mina Musayeva
