“Nant” – PSJ görüşü təxirə salındı
25.02.2019 , 20:30

Fransa çempionatının 28-ci turu çərçivəsində keçirilməli olan “Nant” – PSJ matçı təxirə salınıb.
Görüşün təxirə salınmasına səbəb isə həmin gün Fransada kütləvi etiraz aksiyalarının planlaşdırılmasıdır. Təxirə salınan oyunun nə zaman keçiriləcəyi isə məlum deyil.
Qeyd edək ki, PSJ 68 xalla çempionatın lideridir. 30 xalı olan “Nant” isə 14-cü pillədədir.
