“Nant” Luiş Kastro ilə yollarını ayırdı – yeni baş məşqçi təyin olundu
11.12.2025 , 20:31
Fransa Liqa 1-də daha bir baş məşqçi dəyişikliyi baş verib.
Korner.az xəbər verir ki, “Nant” klubu Luiş Kastro ilə əməkdaşlığa son qoyub. Klubun mətbuat xidmətinin məlumatına görə, portuqaliyalı çalışdırıcı ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Komanda yeni baş məşqçisini də müəyyənləşdirib. “Sarı-yaşıllar” Ahmed Kantari ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, “Nant” Liqa 1-də 15 turdan sonra cəmi 11 xal toplayaraq turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.