Portuqaliya millisinin və “Valensiya”nın futbolçusu Luiş Nani komandasını dəyişib.
“Yarasalar”da əsas heyətdə düşünülməyən vinger karyerasını İtaliyada davam etdirəcək. 30 yaşlı futbolçu A Seriya təmsilçisi “Latsio” ilə müqavilə imzalayıb. Cinah futbolçusu mövsümün sonuna qədər paytaxt klubunda top qovacaq.
Paytaxt klubu müqavilənin şərtlərinə görə, Nanini mövsümün sonunda 10 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.
