“Mançester Yunayted”in gözdən çıxartdığı iki futbolçu Nani və Xavier Hernendez İtaliyaya gedə bilər.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın çalışdırıcısı Lui van Qal Vidala qovuşmaq üçün bu iki futbolçusunu “Yuventus”a göndərməyə hazırdır.
Qeyd edək ki, “qoca sinyoralar” bu futbolçulara qarşı heç də biganə deyilllər. Yaxın günlərdə bu transferlərin sonlanacağı gözlənilir.
