“Mançester Yunayted”in futbolçusu Nani və “Şalke”də forma geyən Kevin Prins Boatenqin meneceri Federiko Pastorello İstanbula gəlib.
Korner.az-ın məlumatına görə, bu gəliş türk azarkeşləri həyəcanlandırıb.
Belə ki, son günlərdə mətbuatda Naninin “Fənərbağça” ilə, Boatenqin isə “Qalatasaray” ilə adı birgə hallanır. Pastorellonun İstanbula gəlməsi transferin reallaşma ehtimalının mümkünlüyündən xəbər verir.