Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Nani karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 28 yaşlı futbolçu cümə günü "Fənərbağça" ilə rəsmi müqavilə bağlayacağı dəqiqləşib.
Müqavilənin müddəti açıqlanmasa da, "Hurriyet" yazır ki, portuqaliylı futbolçuya görə İstanbul nəhəngi "qırmızı şeytanlar"a 8,4 milyon avro ödəyəcək. Özü isə yeni klubunda ilinə 3,4 milyon avro qazanacaq.
