“Latsio”nun yarımmüdafiəçisi Luiş Nani təyyarədə azarkeşlə dalaşıb
İnsident “Kalyari” ilə səfər oyunundan (2:2) qayıdarkən baş verib.
Təyyarədə olan fanatlardan biri Naniyə oyununa görə irad bildirib. Portuqaliyalı hücumçu isə ona hücum edib. Digər futbolçular onları sakitləşdirib.
Davaya görə təyyarə reysi 20 dəqiqə yubanmalı olub.
