Azərbaycanda ən savadlı futbol oynayan komanda “Bakı”dı. Çox sıx oynayır. İstənilən kmomanda üçün çətin rəqibdi.
Bu sözləri “Bakı” – “Qarabağ” oyunundan sonra Korner.az-a açıqlamasında qonaq komandanın yarımmüdafiəçisi Namiq Yusifov deyib.
Yusifovun fikrincə, “Neftçi” “Bakı”yla oyunda qələbəni haqq etməyibmiş: “O oyunun ədalətli nəticəsi heç-heçə idi. Növbəti oyunumuz “Xəzər Lənkəran”ladı. Son oyunlarına baxsaz, görəcəksiz necə oynaylrlar. Lənkəranda uduzmamağa çalışacağıq. Qış fasiləsinə lider kimi yollanıb-yollanmamağımız önəmli deyil. Əsas odu, çempionatın sonunda lider olaq”.
