"Qarabağ"ın futbolçusu Namiq Yusifovun Korner.az saytına müsahibəsi.
-"Bakı" ilə oyunda sanki komanda özündə deyildi. Bu barədə nə deyə bilərsən?
Komandada bir az arxayınlıq var idi. Bir çox real qol vəziyyətlərimiz oldu, yararlana bilmədik. "Bakı"da isə tam əksinə, sanki hər şey alınırdı. Sanki "Bakı"nın tələsinə düşdük. Əllərinə düşən fürsətlərdən maksimum yararlandılar. Bəlkə də bu yaxşı oldu. Çünki kubok oyununa daha ciddi hazırlaşmağımız baxımından bizə dərs ola bilər.
-Premyer Liqa ilə, Azərbaycan kuboku oyunları arasında nə kimi fərq var?
Premyer Liqada əsas lazım olan xal və ya xallardır. Meydanda 1 qol vurub qələbə qazana bilərsən. Lakin kubok fərqlidir. Burada ehtiyatlı oynamaq məcburiyyətindəsən.
-Premyer Liqada, demək olar ki, "Neftçi" çempionluğu təmin edib. "Qarabağ"ın isəyeganə ümidi Azərbaycan kubokudur. Bu sizi narahat etmirki?
Çempionatda da ən yüksək yerə oynayacağıq. Ən azı hədəfimiz gümüş medallar qazanmaq olacaq. Düzdür, demək olar ki, artıq çempionluq gedib. Lakin istəyirik, ən azı, kuboka sahib çıxıb Avroliqaya da ikinci mərhələdən başlayaq.
-"Qarabağ" Avroliqaya vəsiqə qazandığı təqdirdə ın keçən illərdəki uğurlu çıxışını bu il də görə biləciyikmi?
İnşallah Avroliqaya vəsiqə qazansaq, çalışacayıq ki, yenə qələbələr qazanıb ölkəmizi sevindirək. Komandanın Avroliqaya getməsi sabahkı oyundan (söhbət dünən olub-red) asılılığı böyükdür. "Bakı"nı keçsək, Avroliqaya vəsiqəni təmin etmiş kimi olacağıq
-Berti Foqts tərəfindən bir neçə dəfə milli komandamızın toplanışına cəlb olundun. Lakin sonradan səni heyətdə görə bilmədik. Bunu nə ilə əlaqələndirərdin?
Bunu heçnə ilə əlaqələndirməzdim. Sadəcə Berti Foqtsun öz taktikası var və fərqli futbol istəyir. Tək mən yox, millidə bir çox futbolçular var ki, öz klublarında oynayırlar, millidə isə ehtiyatda qalırlar. Demək istədiyim odu ki, hər çalışdırıcının öz baxışı var. Əgər nəticəyə Foqts cavabdehdirsə, heyəti də o qurmalıdır.
Hidayət