Namiq üçün yeni baş məşqçi
07.03.2022 , 18:25

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi “Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı Mustafa Er çalışdıracaq. Bu barədə klubun saytı məlumat yayıb.
42 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. O, bu vəzifədə bu gün istefaya göndərilən Tamer Tunanı əvəzləyib.
