Futbol

Namiq Abdullayev millimizin baş məşqçisi oldu

21.09.2020 , 15:32

Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə milli komandamıza baş məşqçi təyin olunub.

Korner.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlayıb. N.Abdullayev yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.

N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini deyib.

Son yazılar

Yuxarı