Ölkə futbolu

Namiq Ələsgərov zədəsini sağaldıb

02.08.2018 , 13:50

Neftçi” yeni mövsümə hazılığı davam etdirir.

Komanda ötən gün klubun bazasında növbəti məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Xeyli müddətdi zədə üzündən hazırlıqdan kənarda qalan Namiq Ələsgərov isə fərdi məşqlə kifayətlənib.

Hazırlıq bu gün də bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 4-də “Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçiriləcək.

Son yazılar

Yuxarı