Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan- Malta oyununda “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Ələsgərov 22-ci dəqiqədə zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olmuşdu.
Korner.az-ın məlumatına görə, bugün 19 yaşlı yarımmüdafiəçi müayinə olunub. MR müayinəsindən sonra Ələsgərovun zədəsinin ciddi olduğu məlum olub. Futbolçunun ön carpaz bağları sıradan çıxıb. Belə də Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Futbolçu saytımıza zədəsi barəsində bunları dedi: “Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma bu oyunda zədələr qaçınılmazdı. İndi əməliyyat lazımdı. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədi. Amma edə biləcəyimiz bir şey yoxdu.”
