“Mən də sabahkı oyuna hazıram”.
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycan yığmasının futbolçusu Namiq Ələsgərov deyib.
O, sabah Malta ilə keçiriləcək oyun haqda fikirlərini bildirib: “Millidə ilk rəsmi matçım olacaq. İstəyirəm ki, qələbə qazanaq”.
– Sabahkı oyun öncəsi həyəcanlısızmı?
– Müəyyən qədər həyəcanlıyam. Amma çalışacam ki, bunu göstərməyim, baş məşqçinini tapşırıqlarını tam olaraq yerinə yetirim.
– Prosineçkinin oyun stilinə tam olaraq uyğunlaşmısızmı?
– Məşqçi meydanda bizə sərhəd qoymur. Yəni cinahda oynasam da, sərbəstlik verir. Onun nə istədiyini dərk edirəm.
